Düşmən mərmisi APA TV-nin operatorunun yaşadığı evin həyətinə düşdü - FOTO
09 noyabr 2020 19:27 (UTC +04:00)

Düşmən mərmisi APA TV-nin operatorunun yaşadığı evin həyətinə düşdü - FOTO

Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun ağır artilleriyadan atdığı top mərmisi APA TV-nin operatoru Arzu Quliyevin yaşadığı evin həyətinə düşüb.

Nəticədə yardımçı tikiliyə zərərə dəyib.  

A.Quliyev bildirib ki, eyni vaxtda həmkəndlisi Məhəmməd Qasımovun da evinin həyətinə top mərmisi düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar