116
16:09
04 Noyabr 2020

"Qarabağ"ı Sivasda belə qarşıladılar: Marş, himn, "Quran"...

Avroliqanın qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyənin Sivas şəhərində yerli "Sivasspor”la qarşılaşacaq "Qarabağ" artıq qardaş ölkədədir.

Lent.az -ın məlumatına görə, “Qarabağ" klubu Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Sivas valiliyi və Sivas milli təhsil idarəsi tərəfindən baş məşqçi Qurban Qurbanov və direktor Emrah Çelikelə gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub.

Sonra xüsusi ansambl Azərbaycanın dövlət himnini və Türkiyənin İstiqlal marşını səsləndirib.

Dİgər xəbərlər