2020-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində milli komanda və qitə miqyaslı turnirlərdə ən azı 4 qol vuran oyunçular yer alıb.
Dünyanın 46 futbolçusu bunu bacarıb. Cədvələ 12 qolla Romelu Lukaku başçılıq edir. O, Belçika yığmasında 3, “İnter”də 9 dəfə fərqlənib.
Aktivində 10 top olan Erlinq Haland Norveç millisində 6, Dortmund “Borussiya”sında 4 qola sevinib. İlk “üçlüy”ü Robert Levandovski qapayır. 7 qola imza atan forvard Polşa yığmasında 2, “Bavariya”da 5 dəfə rəqib qapılarına yol tapıb.
Azərbaycan təmsilçiləri siyahıdan kənar qalıb. Ən məhsuldar oyunçularımız Mahir Emreli və Donald Gerye (hər ikisi “Qarabağ”) avrokuboklarda 2 qola imza atıb. Qardaş Türkiyə siyahıda “Başakşəhər”in bosniya və herseqovinalı legioneri Edin Viska ilə təmsil olunub. O, avrokuboklarda 4 qola imza atıb. Balkanlı 29-46-cı yerləri bölüşür.