Adam oğurluğu ilə məşğul olan erməni beynəlxalq axtarışa verildi - Rusiyada
23 oktyabr 2020 16:39 (UTC +04:00)

Adam oğurluğu ilə məşğul olan erməni beynəlxalq axtarışa verildi - Rusiyada

Rusiya hüquq-mühafizə orqanları adam oğurluğunda təqsirləndirilən Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İntepolun saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, Yerevanda anadan olan, 1985-ci il təvəllüdlü Sarkis Akopyan adam oğurluğunda təqsirli bilinir.

Onun barəsində həbsli axtarış elan edilib və saxlanılması üçün interpola müraciət olunub.

# 769
avatar

Oxşar yazılar