Ermənilər bu rayonlara hücuma cəhd edib - RƏSMİ
18 oktyabr 2020 10:00 (UTC +04:00)

Ermənilər bu rayonlara hücuma cəhd edib - RƏSMİ

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Oktyabrın 18-i səhər saat 7.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

# 736
avatar

Mehman Nəbiyev

Oxşar yazılar