11:20
15 Oktyabr 2020

Ermənistanda daha 7 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1371 nəfər yoluxub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 59 995 nəfərə çatıb.

Son 24 saat ərzində 7 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 1 046 nəfərə çatıb.

Dİgər xəbərlər