Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu
21 sentyabr 2020 11:51 (UTC +04:00)

Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq baş verib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edərək naməlum şəxsin mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qaçmaq istədiyini bildirib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb. Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

# 1339
avatar

Mehman Nəbiyev

Oxşar yazılar