Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında Maştağa qəsəbəsində yaşayan H.Əhmədovun həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri keçiriblər.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, nəticədə oradan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 1 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.