Bakıda ahıl kişi avtobusda ölüb.
APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Rayon sakini, 70 yaşlı Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.