10:21
04 Sentyabr 2020

Azyaşlı uşaq göldə batdı

Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Əlizadə Zaur oğlu başqa uşaqlarla birgə Mirikənd kəndindəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb. Onun meyidi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər