Əsgərlərin andiçmə mərasiminə valideynlər buraxılmayacaq - RƏSMİ
06 avqust 2020 14:11 (UTC +04:00)

Əsgərlərin andiçmə mərasiminə valideynlər buraxılmayacaq - RƏSMİ

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Müdadiə Nazirliyindən Lent.az-a verilən məlumatda qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - deyə məlumatda bildirilir.

# 1945
avatar

Oxşar yazılar