14:32
18 İyul 2020

"Barselona" ikinci transferini reallaşdırdı


"Barselona" növbəti transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu "Rayo Valyekano"nun hücumçusu Fabian Luzzini heyətinə qatıb.

Braziliya əsilli forvard yeni komandası ilə 3+2 sistemi ilə müqavilə bağlayıb. 16 yaşlı oyunçu növbəti mövsüm "Barsa"nın U-19 komandasında iştirak edəcək. Luzzi bu il İspaniyanın U-16 yığmasına da çağırılıb.

Qeyd edək ki, "Barselona"nın növbəti mövsüm üçün ilk transferi "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç olub.

Dİgər xəbərlər