"Axtardığımız hücumçunu Dadaşovla tapdıq" - baş məşqçi
15 iyul 2020 10:11 (UTC +04:00)

"Axtardığımız hücumçunu Dadaşovla tapdıq" - baş məşqçi

 

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır".

Apasport.az saytının məlumatına görə, bunu ABŞ klubu "Finiks Rizinq"in baş məşqçisi Rik Şantz deyib.

USL çempionatının II turunda "Los Anceles Qalaksi-2" üzərində 4:0 hesablı qələbədən sonra açıqlama verən çalışdırıcı Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov barədə müsbət fikirlər səsləndirib.

O, Dadaşovun sayəsində rəqib müdafiəsini asanlıqla yardıqlarını bildirib: "İndiki dönəmdə müdafiəyə kömək edən hücumçu azdır. Biz axtardığımız hücumçunu Rüfətlə tapdıq. Onun mərkəzdə topla rəftarı, fiziki göstəriciləri sayəsində cinah hücumçularımız daha aqressiv ola bilirlər. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən "9 nömrəniz" varsa, bunun sizə çox köməyi dəyər. Rüfət də cinahları yaxşı idarə edə bilir. Onun sayəsində cinah oyunçularımız üçün böyük boşluqlar yaranır. Rüfətin topa təzyiqi, yumşaq ayaqları, hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə vadar edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox yüksəkdir".

Qeyd edək ki, USL çempionatının B qrupunda yer alan "Finiks Rizinq" keçirdiyi 2 matçda maksimum xal toplayıb. Rüfət Dadaşov isə 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

# 4771
avatar

Oxşar yazılar