Rusiyada koronavirusdan ölən tibb işçilərinin sayı AÇIQLANDI
18 iyun 2020 12:30 (UTC +04:00)

Rusiyada koronavirusdan ölən tibb işçilərinin sayı AÇIQLANDI

Rusiyada yeni növ koronavirus infeksiyasından (COVID-19) ölən tibb işçilərinin sayı açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiyanın Səhiyyə sahəsinə nəzarət edən Federal Agentliyinin yaydığı məlumatda bildirilib ki, indiyə kimi Rusiyada 489 tibb işçisi COVID-19-dan həyatını itirib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 560 mini ötüb, xəstəlikdən ölənlərin sayı isə 7760 nəfərə çatıb.

# 2326
avatar

Oxşar yazılar