Ukraynanın Ali Radası daxili işlər naziri Arsem Avakovun istefaya göndərilməsi ilə bağlı qərar layihəsini qeydiyyata alıb.
Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, sənədi “Səs” fraksiyası təqdim edib. Fraksiya rəhbəri Yaroslav Jeleznyakın sözlərinə görə, onu 55 deputat imzalayıb.
Avakov iyunun 5-də parlamentdə çıxış edib. O, Kaqarlıkdakı polis bölməsində qadının zorlanmasına görə üzr istəməkdən imtina edib.
Avakovun istefasını tələb edən millətçilər parlamentin yaxınlığında mitinq keçiriblər və UAZ markalı polis maşınını yandırıblar.
İyunun 2-də isə prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan deputat Yevgeni Şevçenko da Radanı Avakovu istefaya göndərməyə çağırıb və partiyadaşlarının faktiki olaraq nazirin işindən razı olmadıqlarını söyləyib.