Azərbaycanda daha 4661 nəfər COVID-19 testindən keçdi
30 may 2020 21:52 (UTC +04:00)

Azərbaycanda daha 4661 nəfər COVID-19 testindən keçdi

 

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən test sayı 4661 olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 294 264-dür.

Qeyd edək ki, Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 5246, vəfat edənlərin sayı 61, sağalanların sayı 3327-dir.

Hazırda 1858 aktiv koronavirus xəstəsinin 82-si reanimasiyadadır, 15 nəfər süni tənəffüs aparatına qoşulub.

# 1789
avatar

Oxşar yazılar