Bu marşrut xətti də "BakuBus"a verildi
27 may 2020 18:17 (UTC +04:00)

Bu marşrut xətti də "BakuBus"a verildi

Mayın 30-dan 11 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət icra edəcək.

Lent.az xəbər verir ki, bu marşrut üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. 

Dəyişiklik nəticəsində 11 saylı xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda bu xətt üzrə uzun müddətdir istismarda olan "Daewoo" markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.

Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

# 4696
avatar

Oxşar yazılar