Bu məşhur çimərlik yeni mövsümə belə hazırlaşır - FOTOLENT
26 may 2020 17:52 (UTC +04:00)

Bu məşhur çimərlik yeni mövsümə belə hazırlaşır - FOTOLENT

Türkiyənin Antalyda vilayətində olan Konyaaltı çimərliyində “COVİD-19” virusu ilə əlaqədar çətirlərin sosial məsafə ilə yerləşdirilməsi üçün hazırlıqlar başlayıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, pandemiya səbəbilə giriş-çıxışları bağlanan çimərlikdə yay mövsümünə hazırlıqlara start verilib. Ramazan bayramından sonra daxili və xarici turistlər üçün çimərlik koronavirus tələblərinə uyğunlaşdırılır.

Antalyanın bələdiyyə işçiləri tərəfindən sahildə görlən işlər Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun tapşırığına əsasən həyata keçirilir. Bundan əlavə, çətirlərlə yanaşı, çimərlikdə gəzinti yeri də sosial məsafəyə uyğun olaraq qurulacaq.

# 3187
avatar

Mehman Nəbiyev

Oxşar yazılar