03:30
14 May 2020

Lesoto Krallığında İLK YOLUXMA

Dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuş Lesoto Krallığında ilk COVID-19-a yoluxma hadisəni qeydə alınıb.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Afrika və Səudiyyə Ərəbistanından gələn səyahətçilərdən götürülən koronavirus testlərindən 81-i müsbət nəticə verib.

Qeyd edək ki, qitənin cənubunda yerləşən digər ölkələrdə koronavirus aşkarlansa da, bu günə qədər Krallıqda yoluxma halı olmamışdı.

Dİgər xəbərlər