17:22
20 Aprel 2020

Ermənistanda 10 polisdə koronavirus aşkarlandı

Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı açıqlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistan Polisinin rəis müavini Ayk Mqryan bildirib ki, 10 polis əməkdaşında koronavirus aşkarlanıb.

O qeyd edib ki, koronavirusa yoluxan polislərdən 5-i sağalıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 1339 nəfər koronavirusa yoluxub, xəstəlikdən 580 nəfər sağalıb, 22 nəfər ölüb.

Dİgər xəbərlər