İki azərbaycanlını yandırıb öldürənlər məhkəmə qarşısında - 17 il sonra
20 aprel 2020 09:47 (UTC +04:00)

İki azərbaycanlını yandırıb öldürənlər məhkəmə qarşısında - 17 il sonra

Rusiya baş prokurorluğuna 17 il əvvəl Dağıstanın Dərbənd şəhərində baş vermiş dəhşətli cinayətin materialları təqdim olunub.

Lent.az-in yerli KİV-ə istinadən məlumatına görə, 2003-cü ildə Rzaqulu Dadaşov və Ənvər Babayev Azərbaycan vətəndaşının etibarından sui istifadə edərək onu Dərbənd şəhəri yaxınlığında yerləşən meşə massivinə aparıblar. Onun üstündə pul olduğunu bilən qatillər Azərbaycan vətəndaşını öldürüb, daha sonra yandırıblar.

Qatillər onun çantasındakı 38 min dolları götürərək uzun müddət istintaqdan yayına biliblər.

17 il sonra ələ keçən qatillərin cinayəti tam sübut olunub.

İndi onları 20 ilədək həbs gözləyir.

# 1582
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar