10:50
19 Aprel 2020

Dünyada koronavirusdan sağalanların sayı 600 mini keçdi

Dünyada yeni növ koronavirus aşkar edilən insanların 600 min 6 nəfəri artıq sağalıb.

APA bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib.

Çində 77 min 62 insan bu xəstəliyə qalib gəlib. Ən çox sağalma halları olan ölkələr belə sıralanır:

Almaniya (88 min), İspaniya (74 min 797), ABŞ (68 min 285), İran (55 min 987), İtaliya (44 min 927) və Fransa (35 min 983).

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 2 milyon 332 min 456-ya çatıb, virusdan 160 min 784 nəfər ölüb. Hazırda 1 milyon 571 min 666 insan koronavirusdan müalicə olunur.

Dİgər xəbərlər