32750
13:31
07 Aprel 2020

Qərbin hərbi mütəxəssisləri Putinin elə SİRRİNİ AÇDI Kİ... - FOTO

Britaniyanın “Daily Mail” qəzetinin jurnalistləri hərbi ekspertlərə istinadla Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia irəli sürüblər.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər Putinin bütün görüşlərdə hərəkətlərini, hətta geyiminin “buraxdığı izi” incələyərək paltar atlında silah gəzdirdiyindən şübhələndiklərini açıqlayıblar.

Rusiya liderinin yerişinə diqqət çəkən araşdırmaçılar əminliklə bildiriblər ki, prezident silahı arxadan sağ tərəfində saxlayır. Onlar Putinin üstündə gizlətdiyi silahı hər an əlinə ala biləcəyi qənaətindədirlər:

“Fakt budur ki, gəzinti zamanı Rusiya prezidentinin yeriyərkən sol əllə sağ əlinin hərəkətlərində son dərəcə böyük fərq müşahidə edilir. Sol əl nisbətən hərəkətli, sağ əl isə bədənə daha yaxın vəziyyətdə qalır – bu isə o deməkdir ki, Putin hər zaman silahdan istifadə etməyə hazırdır”.

Ekspertlər izah edirlər ki, bu cür “gəzinti” yalnız üstə silahın olduğuna görə deyil, digər tərəfdən xüsusi xidmət orqanlarında uzun müddət işləməyin nəticəsi də ola bilər.

Dİgər xəbərlər