Başlarına gəlməyən oyun qalmadı: Kuryerlərin karantin macəraları
29 mart 2020 13:26 (UTC +04:00)

Başlarına gəlməyən oyun qalmadı: Kuryerlərin karantin macəraları

Türkiyədə karantin rejimi ilə əlaqədar insanların sifarişləri kuryerlər vasitəsilə evlərinə çatdırılır.

Lent.az xəbər verir ki, yerli media orqanlarından biri hazırkı vəziyyətdə vətəndaşların kuryerlərlə davranış qaydalarını öyrənmək üçün onların bir neçəsi ilə həmsöhbət olub:

“Qapını açmayanlar, açıb içəridəki otağa qaçanlar var. Bizdən çox qorxurlar”.

Haluk Karasu – “Ən çox təcili olan xırda sifarişlərə əsəbləşirəm. Bir çoxu əli ilə sifarişi götürmək istəmir. Gedib içəridən onu tutmağa nəsə axtarır, bəziləri deyir yerə qoy. Ancaq “yaxınlaş, danış” deyənlər də olur.

Okan Çetin – “Sifarişlər normaldan iki dəfə çox artıb. Bəziləri məhsula toxunmağa qorxur. Başa düşürəm, gündə neçə ədəd belə sifarişə toxunuruq. Ancaq bizim də evdə uşaqlarımız, yaşlılarımız var. Razıyam, ünsiyyəti kəsək, amma hörməti kəsməyək”.

Mesut Tunalı – “14 ildir eyni məhəllədə market işlədirəm. Bu illər ərzində tanıdıqlarımın qapını açmadan Mesut əlindəkiləri yerə qoy gəlib götürüm deməsi təbii ki, xoş təəssürat bağışlamır”.

Fuad Gündəm – “Gündə 16 saat işləyirəm. Buna məcburam. Əlcəkləri dəyişmək imkanımız yoxdur. Çünki hər paket üçün dəyişməliyəm və o qədər əlcək tapa bilmərik. Qapını açıb, bizdən çox uzaqda dayanırlar. Bizə rəsmən virusa yoluxmuş şəxs kimi baxırlar”.

Sinan Kaynak – “Makaron və spirt çatdıra bilmirik. İnsanlar bizdən çox çəkinir, virus daşıdığımızı düşünürlər. Cibimizdə dezinfeksiyaedici məhlullar daşıyırıq. Biz də işləməsək əhali çox çətinlik çəkər”.

# 600
avatar

Mehman Nəbiyev

Oxşar yazılar