16:04
13 Mart 2020

Koronavirusa yoluxan futbolçu: “Artıq sağalmışam”

“Çelsi”nin koronavirusa yoluxan futbolçusu Kallum Hadson-Odoi açıqlama verib.

Lent.az -ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi artıq sağaldığını bildirib.

“Bəli, məndə koronavirus aşkarlanmışdı. Son bir neçə gündə başım müalicəyə qarışmışdı. Əminliklə deyirəm ki, tam sağalmışam, hazırda yaxşıyam. Təlimatlara əməl etdim və özümü bir həftə hamıdan təcrid etdim. Tezliklə meydana çıxacağıma inanıram”, - Hadson-Odoi tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Kallum eyni zamanda İngiltərə yığmasının üzvüdür.

Dİgər xəbərlər