2276
19:52
06 Mart 2020

Yunanlar ayağa qalxdı: "Suriyalılarla birgə yaşayarıq"

Yunannistanın paytaxtı Afinada və Saloniki şəhərində suriyalı qaçqınlara dəstək yürüşü keçirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, minlərlə yunan küçələrə çıxaraq suriyalı qaçqınlara dəstək nümayiş etdirib. “Birlikdə yaşaya bilərik. İstismara, müharibəyə, milliyətçilik və irqçiliyə yox” şüarları altında baş tutan yürüşlərdə qaçqınlara qarşı edilən zülmə son verilməsi tələb edilib.

Aksiyalarda digər ölkələrdə qaçqınlara yardım etmək üçün yürüşlərin keçirilməsi üçün çağırışlar edilib. Digər tərəfdən, həmin yürüşlərin Avropanın başqa ölkələrində də həyata keçiriləcəyi gözlənilir. Belə ki, qitə əhalisinin böyük bir hissəsinin suriyalılara edilən zülmə qarşı olduqları bildirilir.