Ukraynanın Baş Naziri istefa ərizəsi yazıb
03 mart 2020 22:50 (UTC +04:00)

Ukraynanın Baş Naziri istefa ərizəsi yazıb

 

Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini Ali Radaya göndərib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Dmitri Razumkov məlumat verib.

“Qonçarukun istefa ərizəsi parlamentə daxil olub”, - deyə “Strana” nəşri Rada spikerindən sitat gətirib.

# 890
avatar

Oxşar yazılar