"İkiüzlü idi": "Qarabağ"ın keçmiş qapıçısı
19 fevral 2020 10:08 (UTC +04:00)

"İkiüzlü idi": "Qarabağ"ın keçmiş qapıçısı


“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yenidən Bosniya və Herseqovina millisinə çağırılacaq.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Milan”ın formasını geyinən təcrübəli qolkiper UEFA Millətlər Liqasında heyətdə yer alacaq.

33 yaşlı oyunçu yığmaya dönüşünü baş məşqçi dəyişikliyi ilə əlaqələndirib. Beqoviç millini çalışdırarkən ona dəvət göndərməyən Robert Prosineçkini sərt şəkildə tənqid edib.

O, Azərbaycan millisinin keçmiş çalışdırıcısının ikiüzlülük etdiyini söyləyib: “Duşan Bajeviç bu yaxınlarda “Milan”ın bazasına baş çəkmişdi. O, futbolçularla açıq danışmağı xoşlayır. Bu da ən yaxşı yoldur. Halbuki keçmiş baş məşqçi Robert Prosineçki ikiüzlü idi. Mənə başqa, mətbuata başqa cür danışırdı. Onun bu münasibətinə layiq deyildim”.

# 2737
avatar

Oxşar yazılar