“Yuventus”dan 100 yaşlı azarkeşə hədiyyə
17 fevral 2020 13:13 (UTC +04:00)

“Yuventus”dan 100 yaşlı azarkeşə hədiyyə

 

Futbol üzrə İtaliya çempionatının 24-cü turunda keçirilən “Yuventus” - “Breşiya” oyunundan öncə maraqlı hadisə yaşanıb. 

Lent.az-ın məlumatına görə, Turin klubu sadiq azarkeşini 100 illik yubileyi münasibətilə təbrik edib.

Matçdan əvvəl komandanın qocaman fanatı olan Silvio Fassona “Yuventus”un forması hədiyyə olunub. Formanın üzərində 1 əsr yaşayan yubilyarın adı və onun yaşını əks etdirən “100” əks olunub.

Qeyd edək ki, “qoca sinyora”nın Fassona digər hədiyyəsi isə oyunda qələbə qazanması olub. Qarşılaşma “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

# 1971
avatar

Rizvan Babayev

Oxşar yazılar