464
01:30
12 Fevral 2020

İmişlidə 3 otaqlı mənzil yanıb

İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA -ya verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.