Bakıda avtomobil hasara çırpılıb, 3 nəfər xəsarət alıb
07 fevral 2020 00:23 (UTC +04:00)

Bakıda avtomobil hasara çırpılıb, 3 nəfər xəsarət alıb

 

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb.

22 yaşlı Məhərrəmov İlkin Vladimir oğlu idarə etdiyi "Kia" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sürücü özü və iki sərnişin - 18 yaşlı Rüstəmov Murad Cəsur oğlu və AbdullazadəXəyal Vaqif oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yol qəzasının təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar