MSK-da daha bir deputatlığa namizədlə bağlı şikayətə baxıldı
05 fevral 2020 18:01 (UTC +04:00)

MSK-da daha bir deputatlığa namizədlə bağlı şikayətə baxıldı

0

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, bununla bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov deyib ki, şikayətdə məntəqə seçki komissiya üzvlərinin seçkiqabağı təşviqatda iştirak etmələri bildirilib: “Araşdırmadan sonra məlum oldu ki, həqiqətən də məntəqə seçki komissiyasının bir üzvü İqbal Məmmədovun seçkiqabağı təşviqat kampaniyasında iştirak edir".

MSK-da məsələ müzakirə edilib və bildirilib ki, dairə seçki komissiyası məsələni araşdırsın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2050

Oxşar yazılar