2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı açıqlanıb
21 yanvar 2020 17:05 (UTC +04:00)

2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı açıqlanıb

Türkiyədə 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulu fevralın 20-dək aparılacaq.

 

 

 

# 1191
avatar

Aygün İbrahimli

Oxşar yazılar