Somalidə Türkiyə şirkətinin işçilərinə qarşı terror törədildi
18 yanvar 2020 15:15 (UTC +04:00)

Somalidə Türkiyə şirkətinin işçilərinə qarşı terror törədildi

Somalidə türk inşaat şirkətinin işçilərini hədəf alan terror aktı törədilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişunun şimal-qərbindəki Afoye bölgəsində Türkiyəyə məxsus inşaat şirkətinin işçilərinin olduğu ərazidə bomba yüklü avtomobil partladılıb.

Məlumata görə, terror aktı türk mühəndislərin və Somali polislərinin nahar etdikləri məkanda baş verib.

Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

"Anadolu" agentliyinin verdiyi xəbərə görə isə inşaat işçiləri arasında yaralananlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472

Oxşar yazılar