Azərbaycan kubokunda darmadağın
12 yanvar 2020 09:40 (UTC +04:00)

Azərbaycan kubokunda darmadağın

 

Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, günün ilk oyununda ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz”la “Dalğa” qarşılaşıb. 

İkinci Liqa təmsilçisi olan sonuncular ilk matçı qalib başa vurublar. Sabiq futbolçular - Ramazan Abbasov və Zeynal Hüseynovun heyətində yer aldığı “Star karqo-2” “Qarabağ Füzuli”ni böyük hesabla məğlub edib.

 

“Atletiko Baku” “Metropoliten” üzərində qələbəyə sevinib. “Advokat” “Rayyan” MFC-nı məğlub etməyi bacarıb.

Günün ən böyük hesabı son qarşılaşmada qeydə alınıb. “Timsport” “Red Line” ilə görüşdə darmadağına məruz qalıb - 1:15.

Azərbaycan kuboku
1/32 final, ilk oyunlar
11 yanvar

“Dalğa” – “Ulduz” - 3:1
“Star karqo-2” – “Qarabağ Füzuli” - 8:3
“Atletiko Baku” – “Metropoliten” - 7:3
“Advokat” – “Rayyan” MFC - 8:3
“Timsport” – “Red Line” - 1:15

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506

Oxşar yazılar