17:45
06 Yanvar 2020

Ən yaxşı balqabaq püresini necə hazırlamaq olar? - Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu gün balqabaq püresini hazırlamağın reseptini təqdim edirik.

Ən yaxşı balqabaq püresi şəkər balqabaq yaxud da piroq balqabağı adı ilə satılan balqabaqdan hazırlanır. Şəkər balqabağı adətən balaca ölçülü və çəkisi 1 kilodan 5 kiloyadək olur. Onların içi daha qatı, daha şirin, daha az lifli olur. Amerikanın məşhur balqabaqlı piroqu məhs bu növ balqabaqdan hazırlanır.

Evdə Hazırlanmış Balqabaq Püresi

3 stəkan püre üçün

Ərzaqlar:

Bir ədəd balaca 3 kililoq şirin balqabaq

Hazırlanması

Sobanı 190ºC-yə qədər qızdırın.

Balqabağı yuduqdan sonra silib qurudun. İti bıçaqla dairəvi qaydada kəsib qulpunu çıxarın. Balqabağı yuxarıdan aşağıya doğru iki hissəyə bölün. Qaşıqla tumlarını və bütün lifləri (ipəbənzər telləri) çıxarın. Tumları başqa məqsədlə istifadə (məsələn, çərəz üçü qovurmaq) üçün saxlaya, yaxud ata bilərsiniz.

Balqabaq tikələrini perqament kağızı sərilmiş listin üzərinə məti aşağı olmaqla düzün.

Balqabağı təxminən 45 dəqiqə, yumşalana qədər sobanın orta gözündə bişirin. Balqabağın bərabər qaydada bişdiyinə əmin olmaq için çəngəli bir neçə yerdən batırmaqla yumşaqlığını yoxlayın.

Balqabağı sobadan çıxarıb tamamilə soyumasına imkan verin. Qaşıqla yumşalmış balqabaq mətini qabıqdan ayırın. Və ya daha asan metod – qabığını soyun. Balqabaq mətini mətbəx robotunun içində eynicinsli kütlə alınana qədər 2-4 dəqiqə əzin. Balqabaq məti çox qurudursa bir-iki xörək qaşığı su əlavə edin ki, püremiz asan başa gəlsin.

Evdə hazırlanmış balqabaq püresini dərhal istifadə edə, yaxud da ağzı bağlı qabda 5 günə qədər soyuducuda saxlaya bilərsiniz.

Püreni kilidli plastik torbalarda 5 aya qədər buzxanada da saxlaya bilərsiniz. Hər torbaya bir stəkan balqabar püresi qoyub əlinizlə yastıladın, torbanın havasını tamamilə çıxardın, ağzını kip bağlayın və buzxanaya göndəriin. Bu halda onu istifadə etməzdən əvvəl soyuducuda əritmək lazımdır.

Dİgər xəbərlər