100 mindən çox uşaq məktəbə hazırlığa cəlb olunub
29 dekabr 2019 15:18 (UTC +04:00)

100 mindən çox uşaq məktəbə hazırlığa cəlb olunub

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsili 2013-cü ildəki 24 faizdən bu il 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Bu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb. Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur. 2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ilində birinci siniflərə 165 minədək uşaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar