Aeroport yolunda zəncirvari qəza: xəsarət alan var
26 dekabr 2019 05:30 (UTC +04:00)

Aeroport yolunda zəncirvari qəza: xəsarət alan var

 

 

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza aeroport şosesində qeydə alınıb. 

Bir neçə minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1963-cü il təvəllüdlü Bayramzadə Rafiq Əyyub oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar