
Azərbaycanlılar çox az meyvə-tərəvəz yeyirlər - Joao Breda
"Bu gün Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlər var və bunu həll etmək lazımdır".
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.
Onun sözlərinə görə, Azərbaycan qeyri-infeksion xəstəliklərə səbəb olan problemləri araşdırır, bu da sevindiricidir: “Buna görə Azərbaycan Avropa regionunda müstəsna ölkələrdən biridir. ÜST Azərbaycanla hər zaman işləməyə hazırdır. Azərbaycan gənc, enerji dolu ölkədir. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 17 istiqamətimiz var, lakin bunlara nail olmaq üçün 10 il vaxtımız qalıb, buna görə də tələsməliyik".
J.Breda bildirib ki, 2025-ci ilə qədər ölüm səviyyəsinin 35 faizə qədər azaldılması nəzərdə tutulur: “Fiziki hərəkətsizliyi azaltmalıyıq. Tövsiyə olunan normaya görə, gün ərzində 5 qram duz qəbul edilməlidir. Hesablamalarımıza görə, Azərbaycanda gündəlik duz istehlakı 10 qramdan yüksəkdir".
O qeyd edib ki, ana südü ilə qidalanma və qadının hamilə olan zaman qidalanması qeyri-infeksion xəstəliklərlə sıx bağlıdır: "Əgər körpə uzun müddət ana südü ilə qidalanarsa, onun artıq çəkidən əziyyət çəkməsinin qarşısı alınar. ÜST körpənin ilk 6 ayında onun ana südü ilə qidalandırılmasını tövsiyə edir. Uşaqların düzgün qidalanmasına erkən başlanılmalıdır. Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən və piylənmədən, ürək-damar xəstəliklərindən qoruyur. Hazırda qlobal miqyasda kənd yerlərində uşaqların piylənməsi daha çoxdur''.

Oxşar yazılar

Ekoloqlardan HƏYƏCAN TƏBİLİ: Yerə atılan maskalar 500 ilə çürüyəcək
27 yanvar 2021 , 19:07
Füzulinin Xələfşə kəndi - VİDEO
27 yanvar 2021 , 17:46
Hava XƏBƏRDARLIĞI: güclü külək əsəcək, qar yağacaq
27 yanvar 2021 , 17:42
"Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil" - RƏSMİ
27 yanvar 2021 , 16:29
Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü
27 yanvar 2021 , 16:17
"COVİD pasportu" ilə bağlı RƏSMİ AÇIQLAMA
27 yanvar 2021 , 16:15
Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37