Bakıda Uşaq Yaradıcılıq Mərkəzi partladı: yanan var
16 dekabr 2019 11:08 (UTC +04:00)

Bakıda Uşaq Yaradıcılıq Mərkəzi partladı: yanan var

 

Lökbatanda yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Təcili Tibbi Yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

# 1244
avatar

Oxşar yazılar