75 yaşlı kişi itkin düşdü, qızı axtarır
16 dekabr 2019 09:26 (UTC +04:00)

75 yaşlı kişi itkin düşdü, qızı axtarır

Bakıda yaşlı kişi itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə itkin düşənin qızı, 43 yaşlı Cavadova Fəridə Cavad qızı ərizə ilə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edib. O, etdiyi müraciətində Xətai rayonu, Telnov küçəsində onun birgə yaşadığı atası 75 yaşlı Cavad Ağarza oğlu Cavadovun dekabrın 13-də, səhər saat 8 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

# 1068
avatar

Mehman Nəbiyev

Oxşar yazılar