Mərkəzi Bankdan inflyasiya ilə bağlı PROQNOZ
13 dekabr 2019 12:51 (UTC +04:00)

Mərkəzi Bankdan inflyasiya ilə bağlı PROQNOZ

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna olan inflyasiya üzrə proqnozunu endirib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, son meylləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2,8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyllərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

Qeyd edək ki, oktyabrın 25-də AMB 2019-cu ilin sonuna inflyasiya hədəf diapazonunun (4±2%) mərkəzinə yaxın səviyyədə formalaşacağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar