Bakıda növbəti FACİƏ: qadın qazdan boğuldu
13 dekabr 2019 11:04 (UTC +04:00)

Bakıda növbəti FACİƏ: qadın qazdan boğuldu

Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 56 yaşlı Kudelina Tatyana Vasilyevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. 

 

 

# 1344
avatar

Oxşar yazılar