Pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT
06 dekabr 2019 10:11 (UTC +04:00)

Pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

Lent.az-a AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib.

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

 

# 958
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar