555
19:41
30 Noyabr 2019

Bakı sakinindən heroin aşkarlandı

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü A.Ağayevdən 302 qram heroin aşkar olunaraq götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, davam etdirilən müvafiq tədbirlərlə o da müəyyən olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs bir neçə gün əvvəl Binəqədi qəsəbəsində H.Dadaşova məxsus evdən açıq qapıdan daxil olmaqla dəmir borular oğurlayıb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.