Azərbaycanda çoban güllələndi
29 noyabr 2019 14:25 (UTC +04:00)

Azərbaycanda çoban güllələndi

 

Goranboyda çoban güllələnib.

APA-nın məlumatına görə, hadisə “Boz dağ” ərazisində qeydə alınıb.

Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu sinə və baldır nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar