Konqoda “Busy Bee” şirkətinə məxsus “Dornier-228” tipli kiçik tutumlu təyyarənin Qoma şəhəri üzərində qəzaya uğraması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Actualite” portalı məlumat yayıb.
Qeyd edək ki, təyyarə yaşayış evinin üzərinə düşüb. Təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub.
Bundan əvvəl 6 nəfərin cəsədinin tapıldığı açıqlanmışdı.
14:48
Konqoda “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Qoma şəhərində yaşayış məskəninə düşüb.
Təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub. Qəzada sərnişinlərin və heyət üzvlərinin hamısının həyatını itirdiyi ehtimal edilir. Qoma şəhərinin meri qəzaya uğramış təyyarədə olanlardan 6 nəfərin cəsədinin artıq tapıldığını bildirib.