678
03:44
24 Noyabr 2019

Türkiyədə daha bir yol qəzası: sərnişin avtobusu aşdı

Türkiyədə Sivas-Ankara marşrutu üzrə hərəkətdə olan sərnişin mikroavtobusunun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

APA-nın “milliyet”ə istinadən verdiyi xəbərə görə, Yerköy rayonunun Arifoğlu kəndi yaxınlığında baş verən qəza nəticəsində sürücü də daxil olmaqla 16 nəfər yaralanıb.

Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.