Aygün Kazımovanın qardaşı azadlıqda: "BU İŞDƏ..."
22 noyabr 2019 12:14 (UTC +04:00)

Aygün Kazımovanın qardaşı azadlıqda: "BU İŞDƏ..."

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.


Lent.az femida.az-a istinadən xəbər verir ki, müğənni qardaşının həbsdən çıxma xəbərini böyük sevinclə təsdiqləyib:

"Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun".

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.

# 4102
avatar

Oxşar yazılar