Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer
19 noyabr 2019 18:40 (UTC +04:00)

Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer təqdim ediblər.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, kommersiya tipli printerlərin əksəriyyəti obyektləri yalnız bir materialdan hazırlaya bilir. Bu halda ekstruziyon “3D” çap obyektləri bir neçə materialdan hazırlamağa imkan verir, amma bu proses çox uzun çəkir, kiçik obyektin çapı üçün 10 günədək vaxt lazımdır.

Harvard Universitetində hazırlanmış yeni çoxqatlı “3D” çap texnologiyası (MM3D) 8 müxtəlif material arasında sürətli, fasiləsiz və hamar keçid üçün yüksəksürətli təzyiq klapanlarından istifadə edir. Bu, çap prosesini 10 dəfə sürətləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar